Kainatın rəngi müəyyən edildi
Sosial
Alimlər kainatın orta rəngini müəyyənləşdiriblər. Məlum olub ki, kosmos açıq bej rəngində görünür.
News24.az xəbər verir ki, bu rəngə “kosmik latte” adı verilib.
Araşdırma zamanı 200 min qalaktikadan gələn işıq təhlil edilib. Alimlər həmin işığın rənglərini birləşdirərək kainatın orta rəngini hesablayıblar.
İlkin hesablamalarda kainatın solğun firuzəyi rəngdə olduğu bildirilsə də, sonradan proqramdakı səhv aşkarlanıb. Düzəlişdən sonra rəngin açıq bej olduğu müəyyən edilib.
Alimlərin sözlərinə görə, kainat əvvəllər daha mavi olub. Zaman keçdikcə yeni ulduzların yaranması azalıb və kosmos daha qırmızı çalara keçib.