Kamran Əliyev Prezidentə və Milli Məclisə - TƏŞƏKKÜR ETDİ

Kamran Əliyev Prezidentə və Milli Məclisə - TƏŞƏKKÜR ETDİ Sosial
“İlk olaraq bu vəzifəyə təyin olunmağımla bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və Milli Məclisə bu təqdimatı dəstəklədiyi üçün təşəkkür edirəm”.

News24.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə sabitlik təmin edilib: “Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir".

Bu yüksək kürsüdən müraciət edərək, Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Prokurorluq orqanları dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”. /APA/