Kamran Əliyevdən yeni - Təyinatlar

Kamran Əliyevdən yeni - Təyinatlar Sosial

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Bu barədə News2.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.