Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırıldı

Kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırıldı Sosial

Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb: “Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”.