Lalə Şövkətdən son xəbər

Lalə Şövkətdən son xəbər Sosial

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb.

News24.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib.

O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib:

"Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik".

Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun yoğun bağırsağında şiş aşkarlayıblar. Lalə Şövkət 2020-ci ilin avqustunda əməliyyat olunub.