Lənkəranda yük avtomobili elektrik dirəklərinə çırpıldı - Kənd işıqsız qaldı

Lənkəranda yük avtomobili elektrik dirəklərinə çırpıldı - Kənd işıqsız qaldı Sosial

Lənkəranda idarəetmədən çıxan yük avtomobili elektrik dirəklərinə çırpıldıqdan sonra kanala aşıb.

News24.az-ın xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı avtomobil yolunun rayonun Cil kəndi ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, Cəlilabad rayon sakini Şirin Mirzəyev idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra kanala aşıb.

Qəza nəticəsində Cil kəndi və Şağlaser kəndinin bir hissəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Avtomobilin kanaldan çıxarılması ilə əlaqədar Lənkəran–Boradigah magistralında nəqliyyatın hərəkəti bir neçə saat qismən məhdudlaşdırılıb. Bu isə yolda tıxacın yaranmasına səbəb olub.

İlkin məlumata görə, qəzaya yağışlı hava şəraiti səbəb olub.

Qəza zamanı sürücü xəsarət almayıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır./teleqraf.az

Lənkəranda yük avtomobili elektrik dirəklərinə çırpıldı - Kənd işıqsız qaldı