Leysan yağacaq, şimşək çaxacaq- Sabahın havası
Sosial
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
News24.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.