Lisey və gimnaziyalara qəbul imtahanları elektronlaşdırılacaq

Lisey və gimnaziyalara qəbul imtahanları elektronlaşdırılacaq Sosial

"Lisey və gimnaziyalara qəbul imtahanlarında suallar təkmilləşdiriləcək, eyni zamanda növbəti mərhələdə qəbul imtahanlarının elektron formada keçirilməsi planlaşdırılır".

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor müavini Fuad Qarayev deyib.

O bildirib ki, əgər infrastruktur hazır olarsa, növbəti ildən imtahanların kompüter üzərindən keçirilməsi mümkün olacaq.

Lisey və gimnaziyalara qəbul üçün hazırlıq məsələsinə münasibət bildirən qurum rəsmisi qeyd edib ki, istedadlı uşaqlar üçün bu imtahanlarda məktəb proqramı kifayət edir.

“Əlavə hazırlığa ehtiyac görmürük, lakin bu, şəxsi seçimdir”, – deyə Fuad Qarayev vurğulayıb.

Qəbulun hansı siniflər üzrə aparılması ilə bağlı məsələyə də aydınlıq gətirən ARTİ rəsmisi əlavə edib ki, humanitar təmayüllü lisey və gimnaziyalarda ibtidai təhsil nəzərdə tutulmur.

Nilufər