Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı Sosial

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

Bu barədə News24.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər.

Lisey və ya gimnaziyalara qəbul olunan şagirdlərin sənəd qəbulunun avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.

Yerdəyişmə sistemi aktivləşdikdə qəbul olunan şagirdlər üçün elektron sistem üzərindən avtomatik sorğular yaradılacaq. Şagirdlər və valideynlər şəxsi kabinetlərindəki “Sorğularım” bölməsi vasitəsilə həmin sorğuların icra vəziyyətini və mərhələlərini izləyə biləcəklər.

Lisey və gimnaziyaların keçid balları:

MÜƏSSİSƏ ADLARI

Azərbaycan bölməsi

Rus bölməsi

Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya

10

Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey

10,88

Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası

18,63

Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi

25,13

13,13

Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi

20,88

10

Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi

19,63

18,75

Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey

18,13

10

Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya

30

Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası

30,5

Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya

27,5

Bakı şəhəri texniki-humanitar lisey

25,88

10

Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey

10

Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey

21,5

Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey

12,75

Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi

43,13

'Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey' publik hüquqi şəxsi

35,38

Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya

21,75

Gəncə şəhəri Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü lisey

18

İsmayıllı şəhəri internat tipli “Talıstan“ liseyi

10

Kimya və biologiya təmayüllü respublika liseyi

36,5

Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey

14,38

Masallı şəhəri 'Dəfinə' texniki-riyaziyyat təmayüllü lisey

10

Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey

10

Naxçıvan Qızlar liseyi M.M.C

10

Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey

16,25

Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey

10,5

Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey

26,88

Rəqəmsal Biliklər Liseyi

54,13

Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey

10,38

Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey

11,25

Şəki şəhəri kimya və biologiya təmayüllü lisey

27,25

Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey

24,25

Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey

17,88

Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey

20,13

Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü 'İstedad' liseyi

24,5

Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi

24

Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya

35,13

Sumqayıt şəhəri 'Təfəkkür' liseyi

21,75

10

Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey

10

12,75

Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey

15,25