M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir
Sosial
Bakı metropoliteninin "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Koroğlu" stansiyasından "Elmlər Akademiyası" və "Nizami" stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar "Nizami"metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq.
Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi "Koroğlu" metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu "Koroğlu", "Gənclik", "Nizami" və "Elmlər Akademiyası" stansiyalarını əlaqələndirəcək", - məlumatda deyilir.