Magistraturaya qabiliyyət imtahanları ilə bağlı məlumat

Magistraturaya qabiliyyət imtahanları ilə bağlı məlumat Sosial

Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində magistratura səviyyəsinin 68 nömrəli (musiqi sənəti istiqaməti) proqramı üzrə qabiliyyət imtahanı təşkil olunub.

Bu barədə News24.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, qrafikə əsasən, 70 nömrəli (təsviri sənət) proqramı üzrə qabiliyyət imtahanı iyulun 17-də, 69 nömrəli (teatr, kino və xoreoqrafiya) proqramı üzrə isə iyulun 19-da keçiriləcək.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunan xüsusi buraxılışlarında yer alıb.