"Manifest Agency" TikTok ilə rəsmi tərəfdaşlıq əldə etdi

"Manifest Agency" TikTok ilə rəsmi tərəfdaşlıq əldə etdi Sosial

Sosial media sahəsində fəaliyyət göstərən və dinamik inkişaf tempi ilə seçilən "Manifest Agency" TikTok platforması ilə rəsmi tərəfdaşlıq əldə edərək bu statusa sahib olan azsaylı qurumlardan biri kimi tanınıb.

News24.az xəbər verir ki, “Manifest Agency”nin təsisçisi Vaqif Allahverdiyevdir. TikTok-la tərəfdaşlıq onun rəhbərliyi altında aparılan sistemli işlərin nəticəsidir.

Agentliyin xidmət sahələri əsasən yayımçılara texniki dəstək, məzmun planlaşdırması, canlı yayım proseslərinin təkmilləşdirilməsi və sosial media strategiyalarının qurulması üzərində qurulub.

Rəsmi tərəfdaş statusu çərçivəsində agentlik TikTok yayımçılarına daha geniş imkanlar təqdim edə biləcək. Bundan əlavə, beynəlxalq əməkdaşlıqlar və yeni layihələrin icrası da gündəmdədir.

Bu tərəfdaşlıq yerli rəqəmsal sahədə fəaliyyət göstərən qurumlar üçün motivasiya xarakteri daşımaqla yanaşı, regional bazarda daha geniş fəaliyyət imkanları yaradır.