Masazır sakinlərinin NƏZƏRİNƏ!

Masazır sakinlərinin NƏZƏRİNƏ! Sosial

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bu barədə News24.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.