Məhərrəm Əliyevə general rütbəsi verildi - SƏRƏNCAM
Sosial
Prezident İlham Əliyev M.A.Əliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
News24.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyevə general-polkovnik ali hərbi rütbəsi verilib.