"Məktəblərin yaxınlığındakı internet kafelər şagirdlərin davamiyyətinə..." - Rəşad Tağıyev
Sosial
“Küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb ...”-Rəşad Tağıyev
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür”.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BKTİ) müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, məktəblərin yaxınlığında yerləşən internet kafelərin şagirdlərin davamiyyətinə təsir göstərməsi halları mövcuddur:
“Təhsildən yayınan uşaqların məktəbə cəlb olunması ilə bağlı internet klublarda mütəmadi olaraq reydlər keçirilir. Tütün məmulatları və alkoqollu içkilərin satıldığı ticarət obyektləri ilə bağlı bizə məlumatlar daxil olduqda yerli icra hakimiyyəti orqanlarına və Daxili İşlər Nazirliyinin yerli rayon polis idarələrinə müraciət olunur və lazımi ölçü götürülür.
İnternet klublarla da bağlı rayon polis idarələri ilə əməkdaşlığımız mövcuddur, müvafiq reydlər aparılır. Əgər belə hallar aşkarlanarsa, şagirdlər və onların valideynləri ilə profilaktik-maarifləndirici işlər aparılır.
Qeyd edim ki, Nərimanov rayonunda belə bir hal baş verib və nəticədə məktəbin yaxınlığındakı iaşə obyektində qeyd olunan məmulatların satışı dayandırılıb”