"Memar Əcəmi" stansiyasında problem: Sərnişinlər düşürüldü

"Memar Əcəmi" stansiyasında problem: Sərnişinlər düşürüldü Sosial
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasında qatarların hərəkətində problem yaranıb.

Bu barədə News24.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında köməkçi qatar verilib:

"Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".