Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi

Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi Sosial

Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti vəzifəsinə seçilib.

News24.az xəbər verir ki, Rumıniyada keçirilən seçkidə təşkilatın hazırkı rəhbəri Zurab Azmayparaşvili səs çoxluğu ilə növbəti 4 il müddətinə yenidən prezident seçilib.

Prezident seçkisindən sonra vitse-prezident vəzifələri üzrə səsvermə keçirilib. Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov 34 səs toplayaraq bu vəzifəyə layiq görülüb. Ümumilikdə qurumda üç vitse-prezident fəaliyyət göstərəcək.

Seçkidə Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov da qonaq qismində iştirak edib.

Qeyd edək ki, Sərxan Həşimov mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşıdır. (Qafqazinfo)

Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi