Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi

Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi Sosial

"Bank Avrasiya" ASC-nin məsul əməkdaşı Azərbaycan Mərkəzi Bankının (AMB) prudensial hesabatlılıq tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub.

News24.az xəbər verir ki, sözügedən vəzifəli şəxs "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın qaydalarına əməl etməyib.

Nəticədə "Banklar haqqında" qanunun 47-ci maddəsi rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq həmin şəxsə 1 500 manat məbləğində cərimə tətbiq edilib.