Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi

Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi Sosial

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub.

News24.az xəbər verir ki, Vüqar Əhmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

Qeyd edək ki, Vüqar Əhmədov bu il avqustun 28-də öz ərizəsi ilə Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb.

Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda çalışıb. Müxtəlif illərdə qurumun Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru olub. O, 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb./APA/