Mərkəzi Bankın köhnə binası hansı quruma veriləcək?
Sosial
Azərbaycan Mərkəzi Bankı iyunun 22-dən fəaliyyətini Heydər Əliyev prospekti 167 ünvanında yerləşən yeni inzibati binada davam etdirir. Mərkəzi Bank bundan əvvəl Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binada fəaliyyət göstərirdi.
News24.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən Modern.az-ın göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati bina hələ də Mərkəzi Banka məxsusdur.
Beləliklə, Mərkəzi Bank yeni inzibati binaya köçsə də, köhnə inzibati binanın başqa dövlət qurumunun istifadəsinə verilməsi ilə bağlı hazırda hər hansı dəyişiklik yoxdur. Köhnə binanın gələcəkdə hansı məqsədlə istifadə olunacağı və başqa qurumun balansına verilib-verilməyəcəyi isə hələlik məlum deyil.