Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video

Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video Sosial

Bakı şəhər Nərimanov rayonu Əşrəf Əliyev küçəsi 37 ünvanında yerləşən beşmərtəbəli binada qaz borusundan su gəlir.

News24.az xəbər verir ki, bununla bağlı sakinlər müraciət edib.

Vətəndaşların sözlərinə görə, mənzillərin birində təmir işi aparan ustalar sonda borunu səhv taxıblar. Nəticədə, iki gündür binaya qaz verilmir.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə bildirib ki, sözügedən ünvanda mənzillərin birində su və qaz xətlərinin səhv qoşulması nəticəsində mövcud qaz xətlərinə su dolub: “SOCAR-ın “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerində qəzalı vəziyyətin aradan qaldırılması ilə məşğuldur. Üçbloklu yaşayış binasının iki blokunda qaz təchizatının verilməsi bərpa olunub. Sonuncu blokda da suyun qaz xətlərindən təmizlənməsi işləri davam etdirilir”. (Xəzər tv)