Metro istifadəçiləri 1 manat 20 qəpik ödəməli olacaq? - RƏSMİ

Metro istifadəçiləri 1 manat 20 qəpik ödəməli olacaq? - RƏSMİ Sosial

“ Bakı Metropoliteninin qarşısında duran əsas vəzifə sərnişinlərin rahat və fasiləsiz şəkildə hərəkətini təmin etməkdir”.

Bunu News24.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, “28 May–Nizami” istiqamətində qatarların hərəkəti dayandırıldıqdan sonra sərnişinlərin əlavə xərc çəkməməsi və 1 manat 20 qəpik ödəməli olmaması üçün zəruri tədbirlər görüləcək:

“Bunun üçün ekspres avtobuslar fəaliyyətə başlayacaq. Məsələn, “Neftçilər”dən “Elmlər Akademiyası” istiqamətində gedən sərnişin “28 May” stansiyasına gəlib orada metrodan çıxaraq yenidən avtobusa minməli olmayacaq. Bunun əvəzinə həmin istiqamət üzrə yaradılacaq birbaşa ekspres avtobuslardan istifadə edə biləcək”.