Metroda qatarların hərəkəti bərpa olundu

Metroda qatarların hərəkəti bərpa olundu Sosial


Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub.

News24.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülüb:

"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib".

Qeyd edək ki, "28 May" metrostansiyasında stansiya yoluna düşən sərnişin ölüb.