Metroda xətlərin ayrılmasından sonra hərəkət necə təşkil olunacaq? - RƏSMİ AÇIQLAMA

Metroda xətlərin ayrılmasından sonra hərəkət necə təşkil olunacaq? - RƏSMİ AÇIQLAMA Sosial

Bakı Metropolitenində qırmızı və yaşıl xətlərin ayrılması istiqamətində layihənin icrasına başlanılıb.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Meteopoliteni" QSC-nin Baş mühəndisi Namiq Yusubov bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi qırmızı və yaşıl xətlərin müstəqil fəaliyyət göstərməsini təmin etməkdir.

"Xətlərin ayrılması üçün hər iki istiqamətin müstəqil fəaliyyət göstərə biləcəyi depo infrastrukturu yaradılmalıdır. Bu istiqamətdə ilkin olaraq “Dərnəgül” deposunun tikintisinə başlanılıb. Ümumilikdə 25 qatar üçün nəzərdə tutulan depoda hazırda 12 qatar istismara verilib. Burada yaşıl xətt üzrə hərəkət edən qatarların texniki baxışı və gündəlik istismarının təşkili üçün şərait yaradılıb".

Yusibov qeyd edib ki, “Dərnəgül” deposuna gedən təxminən 2 kilometrlik yol inşa olunub, mühəndis-texniki qurğuların tikintisinə başlanılıb: "Xətlərin ayrılmasından sonra qırmızı xətt üzrə qatarların hərəkəti “Həzi Aslanov” stansiyasından “İçərişəhər” stansiyasına qədər, yaşıl xətt üzrə isə “Dərnəgül” stansiyasından “Nizami” stansiyasına qədər təşkil olunacaq".