Milli Məclisdə plenar iclasın gündəliyinə - dəyişiklik edildi

Milli Məclisdə plenar iclasın gündəliyinə - dəyişiklik edildi Sosial
Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

İclasın gündəliyindəki məsələlərin sayı 27-dən 28-ə qaldırılıb.

Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ əlavə edilib./report/