Milyonluq mülkləri ilə gündəmə gələn deputat sədrlikdən istefa verdi

Milyonluq mülkləri ilə gündəmə gələn deputat sədrlikdən istefa verdi Sosial

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.

News24.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Q.Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bildirilib ki, Q.Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qeyd edək ki, son günlər mətbuatda Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub.

Onu da əlavə edək ki, Q.Abdullayev, həmçinin, Naxçıvan Ali Məclisinin deputatıdır. (Lent.az)