Şəmkir bazarında vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR

Şəmkir bazarında vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR Sosial

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib.

News24.az xəbər verir ki, bu barədə  AQTA-nın İnormasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib olunub və bazarın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək nəzarətə götürülüb.


  • Şəmkir bazarında vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR

  • Şəmkir bazarında vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR

  • Şəmkir bazarında vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR

  • Şəmkir bazarında vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR