Mobil tətbiqlərdə yaranmış problemin səbəbi açıqlandı - Rəsmi

Mobil tətbiqlərdə yaranmış problemin səbəbi açıqlandı - Rəsmi Sosial

"Bu gün “Cloudflare”in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə “Cloudflare”xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat verib.

"Dayanmalara səbəb kimi “Cloudflar”in son günlərdə “Aisuru botnet” tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.

Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.