Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı - QƏRAR
Sosial
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları” təsdiq edilib.
News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
Qeyd edək ki, qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.