Müəllimlərin diqqətinə! Təhsil Nazirliyi yeni sosial kampaniyaya başladı

Müəllimlərin diqqətinə! Təhsil Nazirliyi yeni sosial kampaniyaya başladı Sosial
"Təhsil Nazirliyi müəllimlər arasında sosial kampaniyaya start verib. "Mən müəlliməm" adlı kampaniya oktyabrın 1-də başlayıb və ayın sonuna qədər davam edəcək".

Bu sözləri News24.az-a açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib: "Kampaniyanın məqsədi müəllimlərə hörmət və ehtiramın nümunəsidir. Kampaniya çərçivəsində müəllimlər şagirdləri ilə birgə çəkdirdikləri şəkilləri sosial şəbəkə hesablarında #Mənmüəlliməm və #təhsilnazirliyi haştagı ilə paylaşmalıdırlar. Eyni zamanda da bütün həmkarlarını bu işə dəvət etməldir" 

Teymur Məmmədov