Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayır
Sosial
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət (musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq və s.) məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsi başlayır.
News24.az xəbər verir ki, vakant yer seçimi 19–23 noyabr 2026-cı il tarixlərində aparılacaq.
Müsabiqənin test və müsahibə mərhələlərinin nəticələrinə əsasən uğur qazanmış 199 namizəd vakant yer seçimində iştirak etmək hüququna malikdir.
Namizədlər ixtisas və müvafiq keçid ballarına uyğun elan edilmiş vakant yerlərdən ən azı 1, ən çoxu 15-ni seçə bilərlər. Seçim siyahısında namizəd ən çox üstünlük verdiyi vakant yeri birinci, digər vakant yerləri isə üstünlük sırasına uyğun qeyd etməlidir.
Qeyd edək ki, yerləşdirmə müsabiqə üzrə yekun bal və seçim ardıcıllığı əsasında aparılacaq./Modern.az/