Müəllimlər vahid geyim formasına keçirlər - Nazir açıqladı
Sosial
"Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək".
News24 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Müəllimlər müvafiq qaydalara əməl etməlidirlər. Onların geyim forması ümumi məktəb mühitinə təsir edir" - nazir qeyd edib.