Münasib büdcə ilə mənzil axtaranlara: Biləcəri və Xırdalanda hansı imkanlar var?
Sosial
Mənzil sahibi olmaq istəyirsənsə, seçim edərkən yalnız evin qiymətinə deyil, ilkin ödənişə, ödəniş imkanlarına və ərazinin üstünlüklərinə də baxırsan. Daha münasib büdcə ilə şəhərə rahat çıxışı olan ərazidə mənzil axtaranlar üçün "Kristal" Biləcəri və Xırdalanda müxtəlif seçimlər təqdim edir. Bu ərazilərdə hansı mənzillərin satışda olduğunu və hansı şərtlərlə əldə edilə bildiyini nəzərdən keçirək.
“Biləcəri” yaşayış layihəsi “Avtovağzal” metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşir. Şoseyə və metroya yaxınlığı sakinlərə həm şəxsi avtomobillə, həm də ictimai nəqliyyatla şəhərin müxtəlif istiqamətlərinə rahat hərəkət etmək imkanı yaradır.
Layihədə 3, 4 otaqlı və studiya mənzillər satışdadır. Geniş park, uşaq meydançası və bağça, yaxınlıqda yerləşən 2 saylı tam orta məktəb isə gündəlik həyatı daha rahat edir. Yeraltı dayanacaq, 24 saat mühafizə və kamera-nəzarət sistemi də kompleksin əsas üstünlüklərindəndir.
“Park Xırdalan” layihəsində müxtəlif sahəli, 2 otaqlı mənzillərə qədər seçimlər təqdim olunur. Tikintisi davam edən layihədən mənzil almaqla daha erkən mərhələdə seçim etmək və layihə inkişaf etdikcə əmlakın gələcək dəyər artımından faydalanmaq imkanı əldə edə bilərsən.
Geniş ərazisi, böyük parkı, yaşıllıq, istirahət və idman zonaları ilə seçilən layihədə sakinlərin gündəlik ehtiyacları da nəzərə alınıb. Hər iki kompleks yaxınlığında məktəb, bağça, uşaq oyun meydançaları və müxtəlif xidmət obyektləri kimi imkanlar mövcuddur.
Mənzillərin tikintisində səs və istilik izolyasiyası, panoram pəncərələr və keyfiyyətli tikinti materiallarından istifadə edilir. Funksional planlaşdırma isə hər kvadratmetrdən səmərəli istifadə etməyə imkan verir.
Mənzilləri yeni güzəştli kredit şərtləri ilə illik 8%-dən başlayan faizlə və ya 20 ilədək ipoteka ilə əldə etmək mümkündür. Digər seçim isə “Evini hissə-hissə al” modelidir. Bu modeldə mənzilə mərhələli şəkildə, faizsiz və aylıq öhdəliksiz şərtlərlə sahib olmaq mümkündür.
Şəhərə rahat çıxış, geniş yaşayış imkanları və büdcənə uyğun seçimlərlə tanış ol, mənzil sahibi olmağa ilk addımı at.
Ətraflı: *1544
Ünvan: “Biləcəri” Biləcəri qəsəbəsi, X.Natəvan küç 52C
“Park Xırdalan” Xırdalan şəhəri ,Heydər Əliyev prospekti 30