"Natəvanın abidəsi bərpa ediləcək"- - VATERLO MERİ

"Natəvanın abidəsi bərpa ediləcək"- - VATERLO MERİ Sosial
Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.

Mer məktubda vəziyyətin nəzarət altında olduğunu, polis orqanlarının təhqiqata başladığını qeyd edib. 
O bildirib ki, yazılı hesabat hazırlanıb, abidə bərpa ediləcək: "Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır".

Xatırladaq ki, Xurşidbanu Natəvanın abidəsi Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir. /AZƏRTAC/