Naxçıvanda birmərtəbəli ev yandı
Sosial
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.