Naxçıvanda məmurların işdən çıxmasının - Detalları

Naxçıvanda məmurların işdən çıxmasının - Detalları Sosial

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyində bir neçə gün əvvəl baş verən kadr dəyişiklikləri ilə bağlı yeni detallar məlum olub. Öz ərizələri ilə vəzifəsindən ayrılan şəxslər arasında Qoşqar Kamilli və Pənah Mehdiyev də var.

News24.az xəbər verir ki, işdən çıxdıqdan sonra hər iki şəxs haqqında əsasən sosial şəbəkələrdə qarayaxma kampaniyası başladılıb.

Həmin paylaşımlardan birində Qoşqar Kamillinin Ali Məclisdə işlədiyi dövrdə guya işə şortla gəldiyi iddia olunub. Lakin onun yaxınları və iş həmkarları bu paylaşımlara reaksiya verərək məlumatların həqiqəti əks etdirmədiyini, tamamilə cəfəngiyyat olduğunu bildirirlər. Bu da öz növbəsində şəxslərin işgüzar nüfuzuna qərəzli şəkildə xələl gətirən addımlar kimi qiymətləndirilməlidir.

Məsələ budur ki, Q.Kamilli və P.Mehdiyev fəaliyyət göstərdikləri sahələr üzrə peşəkar mütəxəssis kimi tanınıb və həm əvvəlki, həm də Naxçıvandakı fəaliyyətləri dövründə həyata keçirdikləri layihələrlə seçiliblər. Qoşqar Kamillinin Naxçıvanda ağıllı idarəetmə sistemlərinin qurulması və tətbiqi, o cümlədən təhlil və strateji planlaşdırma prosesində əsas rol oynadığı bildirilir.

Qoşqar Kamilli və Pənah Mehdiyevin vəzifədən ayrılmasının əsas səbəbi isə onlara təklif edilən yeni əmək şəraitinin şərtləri ilə razılaşmamaları olub. Belə ki, onlara daha aşağı əməkhaqqı ilə müddətli əmək müqaviləsi bağlamaq təklif edilib. Bu səbəbdən işdən ayrılmaq qərarına gəliblər.

Qeyd edək ki, Qoşqar Kamilli və Pənah Mehdiyev bundan əvvəl Bakıda müxtəlif rəhbər vəzifələrdə çalışıblar. Sonradan dəvət əsasında Naxçıvana gediblər. (Qafqaznfo)

Naxçıvanda məmurların işdən çıxmasının - Detalları Naxçıvanda məmurların işdən çıxmasının - Detalları