Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş

Naxçıvandakı bu deputatlar BANM rektorunun yaxın qohumları imiş Sosial

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları - Abdullayev Arzu Kamal oğlu və Qasımov Əziz Kamal oğlu ilə bağlı maraqlı faktlar məlum olub.

News24.az xəbər verir ki, Arzu Abdullayev və Əziz Qasımovun Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla yaxın qohumluq əlaqələri mövcuddur.

Belə ki, Naxçıvan Ali Məclisinin sədrinin müavini Arzu Abdullayev Elmar Qasımovun bacısının qızının həyat yoldaşıdır. Əziz Qasımov isə BANM rektorunun bacısı qızının oğludur.

Onu da qeyd edək ki, Arzu Abdullayev və Əziz Qasımovun Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovla da yaxın münasibətləri var. Onlar Seymur Talıbova məxsus "İstedad" kurslarında fəaliyyət göstəriblər. (Unikal)