Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı - FOTO

Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı - FOTO Sosial

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar İslam oğlu Tağıyev vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Digər əmrlə, Ağayev Vüsal Vəzir oğlu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib. Qeyd edək ki, V.Ağayev bu təyinatadək Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi olub.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bu vəzifəyə 2026-cı ilin aprel ayında təyin edilmişdi./Unikal


  • Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı - FOTO

  • Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı - FOTO