Nazir Nəcəfovu yüksək vəzifəyə təyin etdi

Nazir Nəcəfovu yüksək vəzifəyə təyin etdi Sosial

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib.

News24.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr verib.

Əmrə əsasən, Seymur Nəcəfov maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru - baş mühasibi vəzifəsində çalışıb.