“Nərimanov” metrosunun çıxışı bağlanır? - RƏSMİ AÇIQLAMA

“Nərimanov” metrosunun çıxışı bağlanır? - RƏSMİ AÇIQLAMA Sosial

Xəbər verdiyimiz kimi, Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.

AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq. “Nərimanov" metro stansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

“Bakı Metropoliteni” QSC-dən News24.az-a bildirilib ki, söküntü işləri səbəbindən “Nərimanov” stansiyasının ərazidə yerləşən çıxışı bağlanamayacaq: pizza hut

“Bakı metropoliteninin “Nərimanov” stansiyasının yerləşdiyi ərazidə aidiyyəti qurumlar tərəfindən görülən işlər icra olunduğu müddətdə sərnişinlərin gediş-gəlişi üçün keçidlərin bağlanması, həmçinin sözügedən təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin hər hansı əlavə təmir və bərpa işlərinin təşkil etməsi nəzərdə tutulmur”.