Oktyabr ayının pensiyaları ödənildi

 Oktyabr ayının pensiyaları ödənildi Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə oktyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə News24.az-a ƏƏSMN-dan məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası, oktyabrın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.