Ölkədə zoonoz xəstəliklərlə bağlı SON RƏQƏMLƏR
Sosial
Azərbaycanda bruselyoz, exinokokkoz və quduzluqla bağlı statistika açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib:
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci il üzrə ölkədə bruselyoz xəstəliyi ilə bağlı 371 fakt qeydə alınıb. Exinokokkoz xəstələrinin sayı isə 24 nəfər olub.
Bununla yanaşı, 2025-ci ildə ölkədə 1 quduzluq hadisəsi qeydə alınıb".