Onlar 300 bal topladılar – FOTO
Sosial
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının iştirakçıları arasında 4 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
News24.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, Mirzəzadə Ayişə Mirzəxan qızı (Bakı Türk Liseyi), Emin Abdullah Elman oğlu (Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziya), Cəfərli Əli Nazim oğlu (Naxçıvan şəhərində yerləşən M.C.Cəfərov adına 14 saylı tam orta məktəb), Abdullayeva Gülay Ruslan qızı isə (Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Q.Xalıqov adına 1 saylı tam orta məktəb) sözügedən imtahanda maksimum 300 balı toplayıblar.