"Tofiq Bakıxanovun xatirəsi hər birimizin qəlbində yaşayacaq"

"Tofiq Bakıxanovun xatirəsi hər birimizin qəlbində yaşayacaq" Sosial

"Xalq artisti Tofiq Bakıxanov Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında böyük xidmətləri olan görkəmli şəxsiyyət idi".

News24.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli mərhum Xalq artisti ilə vida mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, mərhum sənətkar dünya mədəniyyətinin inkişafına da öz təsirini göstərib: "Onun yaratdığı əsərlər, çoxşaxəli fəaliyyəti, keçirdiyi tədbirlər və qoyduğu böyük irs çox əhəmiyyətlidir və böyük məktəb formalaşdırıb. Əlbəttə, onun əsərləri hamıya məlumdur. Amma onun təvazökarlığı, insanlığı, dövlətinə, vətəninə, millətinə olan sevgisi əsərlərində də xüsusi şəkildə əks olunub. Hər bir əsəri özünəməxsusdur".

A.Kərimli qeyd edib ki, Azərbaycan dövləti böyük sənətkarın yaradıcılığını və çoxillik fəaliyyətini daim yüksək qiymətləndirilib:

"Tofiq Bakıxanov bir çox fəxri adlara və dövlət təltiflərinə layiq görülüb. Təbii ki, bütün bu təltiflər onun əməyinə və fəaliyyətinə göstərilən böyük hörmətin ifadəsi idi. İnanıram ki, onun əbədi xatirəsi hər birimizin qəlbində yaşayacaq. Tofiq Bakıxanov dünyada musiqi sənətini yaşadan və sevən insanların qəlbində, düşüncəsində yaşayacaq".

Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.