Ordumuzun hərbçisi vəfat etdi - RƏSMİ

Ordumuzun hərbçisi vəfat etdi - RƏSMİ Sosial


Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyev səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!