Orfoqrafiya lüğəti iki aya hazır olacaq - RƏSMİ
Sosial
“Orfoqrafiya lüğəti ilə bağlı müzakirələr gedir, müzakirələrə yenidən başlamışıq”.
News24.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
Onun sözlərinə görə, müzakirələr hələ ki uzanır:
"Hər gün müzakiələr aparılır. Yəqin ki, daha iki aya qədər uzanacaq".
O qeyd edib ki, orfoepiya lüğətləri artıq Nazirlər Kabinetinə təhvil verilib və Nazirlər Kabinetinin cavabı gözlənilir. /Bizim.media/