Orta məktəblərdə qış tətili bitdi, - bu gündən dərslər başladı

Orta məktəblərdə qış tətili bitdi, - bu gündən dərslər başladı Sosial
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb.

News24.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.

Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib. Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib.

Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.