Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı

Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlandı Sosial

Ötən ay ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 607 nəfər olub.

News24.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 115 615 nəfəri yaşa, 13 141 nəfəri əlilliyə, 22 851 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.