Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi
Sosial
Azərbaycan vətəndaşı olan 37 nəfər avqustun 11-də Almaniyadan geri qəbul edilib.
Bu barədə News24.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində baş tutub.