Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - FOTO
Sosial
Madridin oyuncaq mağazalarının birində satışa çıxarılan yeni oyun seti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, Avropada yaşayan həmyerlimizin “Facebook”da paylaşdığı təsvirlərdə Azərbaycan və Ermənistan bayraqları ilə təchiz olunmuş oyuncaq əsgərlər əks olunub.
Satışda olan bu dəst istifadəçilər arasında fərqli reaksiyalar doğurub və qısa zamanda diqqət mərkəzinə düşüb. (Yeni Sabah)